Azərbaycan XİN Pakistandakı terror hücumunu pisləyib

2025/11/1763122520.jpg
Oxunub: 367     22:49     01 Fevral 2026    
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumlarını pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə XİN-in "Facebook" hesabında paylaşım edilib.

"Pakistanın Bəlucistan əyalətində baş vermiş mənfur terror hücumlarını qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, qardaş Pakistan xalqı və hökuməti ilə səmimi həmrəylik hisslərimizi bölüşürük. Yaralananlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq", - paylaşımda bildirilib.

"Terrorizmin bütün formaları və təzahürlərinə qarşı beynəlxalq səylərə möhkəm dəstəyimizi bir daha təsdiqləyirik", - XİN vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   XİN  


Bizi "telegram"da izləyin