Ərdoğan NATO zirvəsində iştirak etmək üçün Niderlanda gedir

2025/03/1741715071.jpg
Oxunub: 286     23:12     23 İyun 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçılarının iclasında iştirak etmək üçün sabah Niderlanda gedəcək.

Ordu.az “Haber Global”a xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun bildirib.

“Sammitdə Avro-atlantik coğrafiyasına təhlükə və risklər barədə strateji fikir mübadiləsi aparılacaq. Bundan əlavə, NATO-nun müəyyən etdiyi əsas təhdidlərə qarşı çəkindirmə və müdafiə sahəsində Alyansın səyləri qiymətləndiriləcək”, - o bildirib.

F.Altun, həmçinin əlavə edib ki, Ərdoğan səfər çərçivəsində dövlət və hökumət başçıları ilə də görüşəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   NATO   Niderland  


Bizi "telegram"da izləyin