İran və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

2025/06/1750702859.jpg
Oxunub: 403     22:02     23 İyun 2025    
İranın müdafiə naziri Əmir Hətəmi rusiyalı həmkarı Andrey Belousovla telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın Müdafiə Nazirliyi məlumat yayıb.

Hətəmi Belousova bildirib ki, Tehran İran ərazisinə zərbələr endirənləri bütün vasitələrlə cəzalandırmağa qərar verib.

"Əmir Nəsirzadə Rusiyaya dəstəyinə görə təşəkkür edib və bildirib ki, İran təkcə İsrailə qarşı deyil, həm də ABŞ və bu rejimin bütün tərəfdarlarına qarşı mübarizə aparır", – bəyanatın mətnini "Tasnim" agentliyi təqdim edib.

"Bizim qərarımız təcavüzkarı bütün vasitələrlə cəzalandırmaqdır və biz zorla qəbul etdirilən sülhü qəbul etməyəcəyik", – İranın müdafiə naziri əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin