Ynet: İran Qətər və İraqdakı ABŞ bazalarına bir neçə raket atıb

2025/06/1750056599.jpg
Oxunub: 461     21:10     23 İyun 2025    
İran Qətərdəki Amerika bazalarına 10 raket və İraqdakı Amerika bazasına 1 raket atıb.

Ordu.az xəbər verir ki, bu barədə “Ynet” İsraildəki mənbəyə istinadən məlumat yayıb.

Daha sonra İran Ali Milli Təhlükəsizlik Şurası məlumatı təsdiqləyərək zərbələrin “ABŞ-nin təcavüzünə” cavab olaraq endirildiyini qeyd edib.

“Bu uğurlu əməliyyatda istifadə olunan raketlərin sayı ABŞ-nin İranın nüvə obyektlərinə hücum etmək üçün istifadə etdiyi bombaların sayı qədər idi, İran qüvvələri tərəfindən hücum edilmiş baza isə Qətərin şəhər obyektlərindən və yaşayış rayonlarından uzaqda yerləşirdi”, – Şuradan bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin