Ordu.az-ın məlumatına görə, bunu Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
"Yaxın Şərqdə yeni müharibə təhlükəli dinamikadır. Son hərbi əməliyyatlar gərginliyi artırır. Aİ-nin bütün xarici işlər nazirləri gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini bəyan edib və tərəfləri danışıqlar masasına qayıtmağa çağırıb. Uzun sürən müharibə heç kimə sərfəli deyil və təhlükəlidir", - Kallas deyib.
Onun sözlərinə görə, İran on illərdirdir ki, təhdid mənbəyidir: "Aİ dəfələrlə bəyan edib ki, Tehranın nüvə silahı hazırlamasına və ya əldə etməsinə icazə verilməməlidir. Çünki bu, beynəlxalq təhlükəsizliyi təhdid edəcək. Lakin hərbi əməliyyatlar həmişə risklər və qeyri-müəyyənliklər ehtiva edir. İndi vacib olan eskalasiyanın sonrakı riskini minimuma endirməkdir".
Ordu.az