Britaniya Qətərdəki vətəndaşlarını olduqları yeri tərk etməməyə çağırıb

2025/06/1750691711.jpg
Oxunub: 367     19:12     23 İyun 2025    
Böyük Britaniya hökuməti Qətərdəki vətəndaşlarını növbəti xəbərdarlığa qədər olduqları yeri tərk etməməyə çağırıb.

Ordu.az xəbər verir ki, göstəriş Britaniya hökumətinin saytında dərc edilib.

Daha əvvəl ABŞ-nin Qətərdəki səfirliyi öz vətəndaşlarına oxşar çağırış edib. Səbəb kimi "ehtiyat tədbirləri" göstərilib.

"Birləşmiş Ştatların xəbərdarlığından sonra, ehtiyat tədbiri olaraq, Qətərdəki Böyük Britaniya vətəndaşlarına növbəti xəbərdarlığa qədər yerində qalmağı tövsiyə edirik", - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Qətər  


Bizi "telegram"da izləyin