İranın Baş Qərargah rəisi: "ABŞ-nin hücumuna uyğun şəkildə cavab verəcəyik"

2025/06/1750691169.jpg
Oxunub: 430     18:39     23 İyun 2025    
ABŞ-nin İran ərazisinə hücumu böyük səhv idi.

Ordu.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi deyib.

"Biz onun nəticələri barədə dəfələrlə xəbərdarlıq etmişik. Buna mütənasib şəkildə cavab verəcəyik", - o qeyd edib.

O, ABŞ Prezidenti Donald Trampın İrana hücum qərarı ilə bütün beynəlxalq qanunları pozduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin