"NATO İranın nüvə silahı əldə etməsinə yol vermək niyyətində deyil" - Mark Rütte

2025/04/1743851275.jpg
Oxunub: 408     17:51     23 İyun 2025    
"NATO müttəfiqləri İranın nüvə silahı əldə etməsinə yol vermək niyyətində deyil".

Ordu.az-ın TASS-a istinadən məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rütte bildirib.

"Müttəfiqlər çoxdan belə qənaətə gəliblər ki, İran nüvə silahı hazırlamamalıdır", - deyə Rütte Haaqada keçiriləcək NATO sammiti ərəfəsində təşkil olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran dəfələrlə Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə dəvət olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rütte   NATO  


Bizi "telegram"da izləyin