Tehranın “Evin” həbsxanası vurulub - VİDEO

2025/06/1749908021.jpg
Oxunub: 335     15:48     23 İyun 2025    
İsrailin İrana hava hücumları nəticəsində Tehranın “Evin” həbsxanası vurulub.

Bu barədə Ordu.az İran KİV-ə istinadən xəbər verir.

Məlumata görə, həbsxananın müəyyən hissələrinin vurulması İranın Məhkəmə Sistemi tərəfindən təsdiqlənib. Hücum nəticəsində həbsxananın müəyyən hissələrinə ciddi şəkildə ziyan dəyib.

Ölən və yaralananlar haqda məlumat verilməyib.

Məhkəmə Sistemindən bildirildiyinə görə, “Evin” həbsxanasında məhbusların həyatının qorunması ilə əlaqədar lazımi tədbirlər görülüb və onların öz ailələri ilə əlaqə saxlamalarına şərait yaradılıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Evin  


Bizi "telegram"da izləyin