Putin İraqın Baş naziri ilə Yaxın Şərqdəki eskalasiyanın enerji bazarları üçün risklərini müzakirə edib

2025/06/1750303210.jpg
Oxunub: 268     14:22     23 İyun 2025    
Rusiya Prezidenti Vladimir Putin və İraq Baş naziri Məhəmməd Şia əl-Sudani telefon danışığı zamanı Yaxın Şərqdəki eskalasiya ilə əlaqədar enerji bazarları üçün risklər barədə narahatlıqlarını ifadə ediblər.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin açıqlamasında bildirilib.

Tərəflər Yaxın Şərqdə silahlı qarşıdurmanın tezliklə dayandırılmasında maraqlı olduqlarını təsdiqləyiblər.

Bundan əlavə, onlar “OPEC+” çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya   İraq  


Bizi "telegram"da izləyin