Putin: "Rusiya İrana yardım üçün səylər göstərir"

2025/06/1749049723.jpg
Oxunub: 310     14:07     23 İyun 2025    
Rusiya İran xalqına yardım üçün səylər göstərir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə bildirib.

"Rusiya İran xalqına yardım üçün səylər göstərir. Mən ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İran liderləri və İsrailin Baş naziri ilə telefon danışığı apardım", - V.Putin bildirib.

O, həmçinin vurğulayıb ki, bu gün Əraqçi ilə Yaxın Şərqdə yaranmış böhranlı vəziyyətdən çıxış yolunun tapılması üçün "bütün kəskin mövzuları" müzakirə etmək niyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya   İran  


Bizi "telegram"da izləyin