Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

2024/05/4faca-1717170874.jpg
Oxunub: 385     23:19     22 İyun 2025    
Fransa polisi terror aktı planlaşdırmaqda şübhəli bilinən 17 yaşlı yeniyetməni həbs edib.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Bruno Retayo "LCI" telekanalına açıqlamasında məlumat verib.

"Ötən cümə günü Sarthe departamentində 17 yaşlı oğlan saxlanılıb. O, xüsusilə sinaqoqlarda və bayram tədbirlərində terror aktları törətməyi planlaşdırırdı", – deyə nazir bildirib.

Nazirin sözlərinə görə, saxlanılan şəxs terror aktının icrasına deyil, planlaşdırma mərhələsinə cəlb olunmuşdu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Terror  


Bizi "telegram"da izləyin