Ordu.az xəbər verir ki, sözügedən görüş Kanadanın Alberta əyalətində keçirilən G7 Sammiti çərçivəsində baş tutub.
"Avstraliya Aİ ilə ticarət, təhlükəsizlik və müdafiə sahəsində əlaqələrini dərinləşdirir. Bu gün biz müdafiə sənayesi, kibertəhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə mövcud və artan əməkdaşlığımız üçün çərçivə təmin edəcək Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı haqqında danışıqlar aparmaq barədə razılığa gəldik", - deyə Albanese sosial media platforması "X"də bildirib.
Dondurulmuş Azad Ticarət Müqaviləsi (STA) danışıqlarının davam etdiriləcəyini bildirən Albanese bunun Avstraliya və Avropada daha çox iş yeri yaradacağını qeyd edib.
Albanese ABŞ prezidenti Donald Trampın yüksək səviyyəli iqtisadi komandası ilə görüşdüyünü və iki ölkə arasında tərəfdaşlığın inkişaf etdirilməsi məsələsini müzakirə etdiyini də qeyd edib.
Sevinc Əliyeva
Ordu.az