Rəsmi Moskva İlon Maskın Rusiyadan sığınacaq istəməsi xəbərini təkzib edib

2025/06/1749705216.jpg
Oxunub: 370     13:24     20 İyun 2025    
Rəsmi Moskva amerikalı iş adamı İlon Maskın Rusiyadan sığınacaq istəməsi xəbərini təkzib edib.

Ordu.az xəbər verir ki, bu gün Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov Maskın Rusiya Federasiyasından sığınacaq istəməsi barədə açıqlama verib.

Kreml sözçüsü Dmitri Peskov bu xəbəri şayiə adlandırıb və onun Rusiyadan sığınacaq istəməsinə səbəb görmədiyini bildirib.

Rusiya XİN-dən isə bildirilib ki, Dövlət Dumasının vitse-spikeri Davankovun məlum açıqlaması artıq bütün ədəb normalarını aşıb, belə davranış onun tutduğu vəzifəyə uyğun gəlmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   İlon-Mask  


Bizi "telegram"da izləyin