Kreml Ermənistanda həbs edilən Samvel Karapetyanla bağlı vəziyyəti diqqətlə izləyir

2025/06/1750410852.jpg
Oxunub: 415     12:55     20 İyun 2025    
Kreml "Taşir" Şirkətlər Qrupunun sahibi Samvel Karapetyanın Ermənistanda həbsi ilə bağlı vəziyyəti diqqətlə izləyir.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva Rusiya Federasiyası vətəndaşı kimi Karapetyana bütün lazımi yardımı göstərməyə hazır olacaq.

“Ermənistanın daxili işlərinə qarışmaq istəmirik, lakin biz, əlbəttə ki, Rusiya vətəndaşı ilə bağlı hər şeyi diqqətlə izləyirik”, - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, rusiyalı iş adamı Samvel Karapetyan Ermənistanda həbs edilib. Ermənistan Kriminal Polisi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində axtarışlara başlayıb. Hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan da yaşananlara sosial şəbəkə hesabında münasibət bildirib: “Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi yox, Ermənistandır. Ümid edirəm ki, dövlətin dadı damağınızda qalacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Moskva   Kreml  


Bizi "telegram"da izləyin