İran XİN: BMT Xondabdakı obyektə hücumlara qiymət verməlidir

2025/06/1750410653.jpg
Oxunub: 366     12:25     20 İyun 2025    
İran BMT Təhlükəsizlik Şurasının (TŞ) İsrail Silahlı Qüvvələrinin Xondabdakı ağır su reaktoruna hücumlarına reaksiyasını gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə İran XİN başçısı Abbas Əraqçi sosial şəbəkələrdə yazıb.

"BMT Təhlükəsizlik Şurası beynəlxalq ictimaiyyətə onun hüquqi prinsiplərinin bu qədər vacib bir məsələdə tətbiq olunmamasına aydınlıq gətirməlidir. Qlobal yayılmama rejimi bir gün çökərsə əsas məsuliyyət onun üzərinə düşəcək", - A.Əraqçi qeyd edib.

Onun sözlərinə görə, obyekt Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında və Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində texniki spesifikasiyalara uyğun olaraq tikilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN   BMT  


Bizi "telegram"da izləyin