Fransa və İspaniya 4 A400M təyyarəsinin çatdırılmasını tezləşdirmək barədə razılığa gəliblər

2025/06/1750401896.jpg
Oxunub: 476     14:09     20 İyun 2025    
“Airbus” və Avropa Birgə Silahlanma Əməkdaşlığı Təşkilatı (OCCAR) A400M proqramının davamlılığını təmin etmək üçün strateji addım atıb.

Ordu.az xəbər verir ki, razılaşma ilə Fransa və İspaniya 4 A400M təyyarəsinin çatdırılma cədvəlini irəli çəkmək üçün razılığa gəliblər.

Bu addım həm istehsal xəttinin sabitliyini dəstəkləyəcək, həm də Avropanın strateji hava daşıma qabiliyyətinə töhfə verəcək.

Bir müddət əvvəl İspaniyanın Türkiyənin TUSAŞ şirkətindən satın alacağı “Hürjet” təlim təyyarəsi müqabilində A400M-i təklif etdiyi barədə məlumat yayılıb, lakin bu addım Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən rədd edilib.

Hazırda Türkiyə Hərbi Hava Qüvvələri Böyük Britaniyadan ikinci əl C-130J-lərin alınması istiqamətində səylərini davam etdirir.

“Airbus” müqaviləyə uyğun olaraq texniki qulluğun optimallaşdırılması və səmərəlilik tədbirləri vasitəsilə əməliyyat xərclərini azaltmağı öhdəsinə götürməklə, A400M-in gələcək inkişaf proseslərini daha sürətli və qənaətcil etməyi hədəfləyir.

Bu, qitənin hava nəqliyyatı və mobillikdə strateji muxtariyyətini qoruyaraq, Avropanın müdafiə qabiliyyətini gücləndirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İspaniya  


Bizi "telegram"da izləyin