“Rheinmetall”la “Anduril” Avropa üçün raket və PUA tərəfdaşlığı qurur

2025/06/1750401643.jpg
Oxunub: 404     13:56     20 İyun 2025    
Almaniyanın müdafiə sənayesi nəhəngi “Rheinmetall” və ABŞ-nin “Anduril Industries” şirkətləri Avropada “Barracuda” tipli qanadlı raketlərin, “Fury” pilotsuz uçuş aparatlarının və bərk yanacaqla işləyən raket mühərriklərinin inkişafı üçün strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, verilən açıqlamada bu sistemlərin Avropadakı yerli tədarükçülərlə əməkdaşlıq çərçivəsində istehsal ediləcəyi vurğulanıb.

“Rheinmetall”ın baş direktoru Armin Papperger bəyan edib ki, “Anduril”in rəqəmsal və avtonom sistemlərinin Avropa istehsal şəbəkəsinə inteqrasiyası regionun rəqəmsal suverenliyini və modul sistem imkanlarını artıracaq.

“Anduril” şirkətinin baş direktoru Brayan Şimpf isə qeyd edib: “Bu əməkdaşlıq birgə istehsal və əməliyyat uyğunluğu ilə yanaşı, suverenliyə hörmətə əsaslanan yeni nəsil müdafiə modelidir”.

Tərəfdaşlıq Avropanın müxtəlif bölgələrində hərbi ehtiyaclara uyğunlaşdırıla bilən asan inteqrasiya edilmiş sistemlərin inkişafına yönəlmiş uzunmüddətli investisiya kimi müəyyən edilir.

Bu yanaşma “Avropa üçün deyil, Avropa ilə” fəlsəfəsinə əsaslanır, yerli nəzarəti, şəffaflığı və çevikliyi vurğulayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rheinmetall   Anduril   Avropa  


Bizi "telegram"da izləyin