Ordu.az xəbər verir ki, Serbiya parlamenti Fransa istehsalı olan 12 ədəd “Rafale” döyüş təyyarəsinin alınması üçün xarici kreditin alınması ilə bağlı qanun layihəsini təsdiqləyib.
Satınalma ölkənin sovet dövründən qalma “MiQ” parkını modernləşdirmək məqsədi daşıyır.
Ötən ilin avqustunda Belqrad administrasiyası Fransa ilə 9 tək yerlik və 3 iki yerlik “Rafale” döyüş təyyarəsi almaq barədə razılığa gəlib.
Ümumi dəyəri 2,7 milyard avro olan müqavilənin maliyyələşdirilməsi üçün atılan bu addım Serbiyanın silahlı qüvvələrinə indiyə qədər etdiyi ən böyük sərmayə kimi xarakterizə edilir.
Serbiyanın maliyyə naziri Sinisa Mali ötən həftə parlamentdəki çıxışında sərmayəni ölkənin müdafiə infrastrukturunun “tam modernləşdirilməsinin bir hissəsi” kimi qiymətləndirib.
BGNES-in məlumatına görə, nazir ilk “Rafale” təyyarəsinin 2028-ci ilin əvvəlində təhvil veriləcəyini, bundan sonra hər ay bir təyyarənin gələcəyini və beləliklə də çatdırılma prosesinin tamamlanacağını açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az