Ordu.az xəbər verir ki, Anlaşma Memorandumunu “Lockheed Martin” baş direktoru Frank St Con və KAI baş direktoru Qoo-younq Kanq Le-Burjedə təşkil edilən mərasimdə imzalayıblar.
Saziş iki şirkət arasında rotorlu təyyarə istehsalı, kosmik sistemlər, ekipajlı-ekipajsız komanda yaratma, pilotsuz uçuş aparatları, simulyasiya və təlim sistemləri və dəstək həllərini əhatə etmək üçün birgə səyləri genişləndirir.
İki şirkət arasındakı tərəfdaşlıq F-16-nın lisenziyalı istehsalı ilə başlayıb, daha sonra T-50 qabaqcıl reaktiv təlim təyyarəsi, FA-50 yüngül döyüş təyyarəsi və KF-21 qırıcı təyyarəsi proqramında iştirakı da əhatə edərək, 30 ildən artıq keçmişə malikdir.
Şirkətlər hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni nəsil reaktiv təlim təyyarəsi proqramında iştirak da daxil olmaqla, T-50 və FA-50 üçün beynəlxalq ixrac kampaniyalarında iştirak etməkdə əməkdaşlıq edirlər.
Sevinc Əliyeva
Ordu.az