Ordu.az xəbər verir ki, Fransa istehsalı olan “Aarok” MALE (Orta Hündürlükdə Uzun Müddət Havada Qalma) sinfinə məxsus Pilotsuz Uçuş Aparatının Hindistanda istehsal edilməsinə dair Anlaşma Memorandumu (MoU) imzalanıb.
Müqavilə Hindistanın “Make in India” təşəbbüsü ilə Hindistanın yerli müdafiə istehsalı məqsədlərinə birbaşa töhfə vermək məqsədi daşıyır. “Bharat Forge” istehsalın tamamilə Hindistanda aparılmasını təmin etmək üçün lazımi infrastruktur yaradacaq.
“Turgis Gaillard” rəsmiləri qeyd ediblər ki, bu əməkdaşlıq Hindistanın əməliyyat müstəqilliyinə və texnoloji səriştəsinə töhfə verəcək. “Bharat Forge” nümayəndələri də “Aarok”un Hindistan Silahlı Qüvvələri üçün yerli bir həll olmasının vacib olduğunu vurğulayıblar.
Sevinc Əliyeva
Ordu.az