İsrail Ölü Dəniz üzərində İran dronlarını vurub - İsrail MN

2025/06/1749843979.jpg
Oxunub: 370     10:54     14 İyun 2025    
İsrail ordusu İudeya bölgəsi və Ölü dənizin üzərində bir neçə İran pilotsuz uçan aparatını zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, dronların potensial hava və raket hücumu ilə bağlı həyəcan təbilinin yerli vaxtla 08:00-da səsləndirilməsindən qısa müddət sonra zərərsizləşdirilib.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin