Livan və İordaniya hava məkanını açıb

2025/06/1749879581.jpg
Oxunub: 329     09:35     14 İyun 2025    
Livan hava məkanını açıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin teleqram kanallarında yayılıb.

Həmçinin İordaniya da hava məkanını açdığı bildirilib.

Qeyd edək ki, iyunun 13-ü gecə saatlarında İsrail İrana qarşı "Rising Lion" əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olub. Hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var. Hadisədən dərhal sonra isə İran İsrailə cavab zərbələri endirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İordaniya  


Bizi "telegram"da izləyin