İsrailli səfir: Təl-Əviv İranın nüvə infrastrukturunun tam neytrallaşdırılmasına yaxındır

2025/06/1749876563.jpg
Oxunub: 346     06:54     14 İyun 2025    
Biz İranın nüvə infrastrukturunu həmişəlik tam neytrallaşdırmağa çox yaxın ola bilərik.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin ABŞ-dəki səfiri Yehiel Leyter CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Təl-Əvivdə İranın nüvə infrastrukturuna nə qədər ziyan vura biləcəklərini “kampaniya başa çatana qədər” bilmirlər.

“Bu sualı mənə dörd-beş gün sonra verin və hərbçilərimiz müxtəlif nüvə obyektlərinə vura bildikləri ziyanı qiymətləndirdikdən sonra daha dəqiq qiymətləndirmə verə bilərəm”, – Layter bildirib.

Eyni zamanda, diplomat vurğulayıb ki, İsrail İran xalqı ilə deyil, “nüvə enerjisi əldə etmək niyyətində olan rejim”lə savaşır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Təl-Əviv   İran  


Bizi "telegram"da izləyin