Rusiyanin Türkiyədəki yeni səfiri Lavrovun müavini olacaq

2025/06/1748855982.jpg
Oxunub: 494     13:06     02 İyun 2025    
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyədə yeni səfir olacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Rusiya Türkiyədəki səfirini dəyişmək niyyətindədir. Bu məlumatı Kommersanta üç mənbə təsdiqləyib.

Qeyd edək ki, Verşinin 2018-ci ilin martından xarici işlər nazir müavini vəzifəsini tutur. Bu vəzifəyə qədər o, Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru vəzifəsində çalışıb. Eyni zamanda, 2011-ci ildən XİN-nin Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub. Bu vəzifədə o, “Yaxın Şərq dördlüyü” (Rusiya, ABŞ, Aİ və BMT) danışıqlarında Rusiyanı təmsil edib.

Sergey Verşinin Rusiyanın Türkiyədəki səfiri vəzifəsində 2017-ci ildən bu vəzifəni icra edən Aleksey Yerxovu əvəz edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə   Səfir  


Bizi "telegram"da izləyin