PROHUNT 2025 sona çatdı: Ovçuluq və silah həvəskarları İstanbulda görüşdülər (VİDEO)

2025/06/1748852199.jpg
Oxunub: 67     13:15     02 İyun 2025    
12-ci Beynəlxalq İstanbul "Prohunt" Ovçuluq, Silah və Təbiət İdmanları Sərgisi uğurla başa çatıb.

Ordu.az xəbər verir ki, mayın 28-31-də İstanbul Sərgi Mərkəzində keçirilən tədbir yerli və xarici bir çox ov və silah həvəskarını bir araya gətirib.

Türkiyənin qabaqcıl sənaye toplantılarından biri olan sərgi dörd gün ərzində böyük marağa səbəb olub.

Ov silahları, ləvazimatları və təbiət idmanı üçün avadanlıqların sərgiləndiyi "Prohunt 2025" həm yerli, həm də xarici şirkətləri cəlb edib.

Türkiyədən "Turaç" və "Medef Defence" şirkətləri sursat sahəsində seçilərkən, "Yavuz Firearms" tapança istehsalında diqqət çəkib.

Xaricdən isə "Beretta Group" və "Glock" qlobal brendləri sərginin görkəmli iştirakçıları arasında yer alıb.

Ovçuluq və silah sənayesində yeni əməkdaşlıqlara yol açan sərgi həm peşəkar ziyarətçilərə, həm də sektor nümayəndələrinə geniş ünsiyyət və təqdimat şəbəkəsi təqdim edib.

"EFEM Uluslararası Fuar ve Organizasyon Hizmetleri A.Ş." ərəfindən təşkil edilən tədbir Türkiyənin qlobal ovçuluq bazarındakı yerini möhkəmləndirməyə davam edir. "Prohunt 2026" sərgisi gələn il iyunun 3-6-da keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PROHUNT-2025   Türkiyə  


Bizi "telegram"da izləyin