Kəlbəcərdə minaya düşən traktorçunun vəziyyəti açıqlanıb

2025/06/1748846339.jpg
Oxunub: 627     10:05     02 İyun 2025    
Kəlbəcərdə traktorun minaya düşməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti normaldır.

Ordu.az-ın əldə etdiyi məlumata görə, rayonun Susuzluq kəndi ərazisində, kəndarası yolun çəkilişi zamanı "Avtoqreyder" markalı traktorun minaya düşməsi nəticəsində xəsarət alan 32 yaşlı Rəşadət Əsədov Kəlbəcərdə yerləşən xəstəxanada müacilə alır.

Xəsarət alan R.Əsədov sözü gedən tibb müəssisəsində müalicə olunur. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir. Qeyd edək ki hadisə ötən gün rayonun Susuzluq kəndində baş verib. Baş vermiş mina partlaması ilə bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəlbəcər   Mina  


Bizi "telegram"da izləyin