İbrahim Kalın HƏMAS-la Qəzzadakı atəşkəs məsələsini müzakirə edib

2022/11/ibrah-1667394271.jpg
Oxunub: 561     10:25     02 İyun 2025    
Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın HƏMAS Siyasi Bürosunun sədr müavini Halil Hayye ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun rəhbərliyi ilə HƏMAS-a çatdırılan son təkliflər çərçivəsində aparılan atəşkəs danışıqları müzakirə olunub.

Türkiyənin Qəzzada baş verən humanitar faciə və dağıntılara son qoyulması istiqamətində beynəlxalq ictimaiyyətlə birgə səyləri qeyd edilib.

Müzakirə zamanı Türkiyənin Fələstin xalqının yanında olduğu diqqətə çatdırılıb və əsir mübadiləsi, eləcə də humanitar yardımlara icazə məsələsinə də toxunulub.

Həmçinin, ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İbrahim-Kalın   HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin