Ordu.az xəbər verir ki, Ortberq proqramın “Boeing”in müdafiə strategiyasına və “St. Luis” istehsal bazasına təsiri ilə bağlı açıqlamalar verib.
“Əvvəla, bu, bizim üçün böyük qələbədir və “St. Louis” əməliyyatlarımız üçün çox vacibdir. Bildiyiniz kimi, biz orada F-15 və F-18 istehsal edirik. Yeni nəslin ilk altıncı nəsil döyüş təyyarəsinin bir hissəsi olmaq “Saint Louis” əməliyyatlarımız üçün gələcək onilliklərin zəminini hazırlayır”, - deyə o qeyd edib.
Ortberq, həmçinin “Boeing”in NGAD proqramını görünməmiş miqyaslı bir proqram kimi təsvir edib.
“Biz bu layihəyə əvvəllər qoyduğumuzdan daha çox sərmayə qoymuşuq və bu, öz bəhrəsini verəcək”, - deyə o bildirib.
F-47-nin dizaynının təfərrüatları gizli qalsa da, Ortberq “Boeing”in təklifinin hazır olduğunu və texniki cəhətdən yetkin olduğunu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az