Sergey Narışkin Hakan Fidanla görüşdüyünü açıqlayıb

2025/05/6836f-1748435108.jpg
Oxunub: 470     16:04     28 May 2025    
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşdüyünü təsdiqləyib.

Ordu.az xəbər verir ki, SVR direktoru TASS-a Hakan Fidan ilə görüşün keçirildiyini, görüş zamanı ikitərəfli münasibətlərin müzakirə edildiyini bildirib.

"Fidan uzun illər Türkiyənin kəşfiyyat xidmətinə rəhbərlik etdiyi üçün geniş əlaqələrimiz var. O, çox yaxşı, düşüncəli, böyük təcrübəyə malik peşəkar tərəfdaşdır. Ona görə də onunla görüşmək mənim üçün çox xoş idi, baxmayaraq ki, o, artıq xarici işlər naziri vəzifəsindədir və ümid edirəm ki, bu, ona da xoş oldu", - Narişkin vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Narışkin   Fidan  


Bizi "telegram"da izləyin