DIA-nın hesabatı: Rusiya Gürcüstanda təsirini artırır, Ermənistanla münasibətlər isə pisləşib

2025/05/1748421637.jpg
Oxunub: 502     12:38     28 May 2025    
ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat Agentliyi (DIA) Ermənistanın da adının çəkildiyi "Qlobal Təhlükəsizlik Mühitinin Qiymətləndirilməsi 2025 Hesabatı"nı dərc edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Hesabatda xüsusilə qeyd olunur ki, Rusiya ilə Ermənistan arasında münasibətlər ötən il Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla hədələməsi ilə pisləşib.

Bildirilir ki, Rusiya "erməni demokratiyası"nı və onun daha çox qərbyönlü rəhbərliyini gözdən salmaq məqsədi daşıyan informasiya əməliyyatlarına əl atıb.

"Gürcüstanda Rusiya demək olar ki, ölkəni öz təsir dairəsinə qaytarmağa çalışır. Oktyabrda keçirilən parlament seçkilərindən sonra "Gürcü Arzusu" partiyasının rəhbərlik etdiyi hökumət Rusiyanın ölkədə nüfuzunun güclənməsinə şərait yaradıb", - deyə hesabatda vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin