Mask “Space-X”in əsas məqsədini acıqlayıb

2025/04/1744100901.jpg
Oxunub: 395     06:20     28 May 2025    
Amerikalı sahibkar, “SpaceX” kosmik şirkətinin rəhbəri İlon Mask korporasiyanın əsas məqsədini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə o, “The Washington Post”a müsahibəsində deyib.

“Əsas məqsəd Mars olmalıdır, çünki bu, həqiqətən də “Apollon”dan sonra növbəti böyük sıçrayışdır”,- deyə iş adamı bildirib.

Qeyd edək ki, aprel ayında NASA onilliyin sonuna qədər Marsa missiya göndərmək imkanını qiymətləndirib. Direktor vəzifəsini icra edən Janet Petro bildirib ki, Marsa yaxın beş il ərzində astronavtların sağ qala biləcəyi uçuş təşkil etmək mümkün deyil. O, belə bir missiyanın bir çox təhlükələrlə əlaqəli olduğunu qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   Space-X  


Bizi "telegram"da izləyin