Venesuela XİN vətəndaşlarına ABŞ-nı tərk etməyi tövsiyə edib

2024/07/fe466-1721538103.jpg
Oxunub: 596     05:10     28 May 2025    
Venesuela Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına ABŞ-yə səfər etməkdən çəkinməyi və orada yaşayırlarsa, ölkəni tərk etməyi tövsiyə edib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri İvan Gil Pinto öz telegram kanalında yazıb.

Nazir ABŞ-da venesuelalıların sistematik insan haqlarının pozulmasının qurbanı olduqlarını, onların səbəbsiz olaraq həbs edildiyini, ailələrindən ayrılaraq üçüncü ölkələrin konslagerlərinə köçürüldüyünü və bunun müasir tarixin ən pis dövrlərini xatırladan qəbuledilməz bir təcrübə olduğunu diqqətə çatdırıb.

Gil həmçinin qeyd edib ki, Venesuela vətəndaşı olan vətəndaşlar ABŞ-da ən ağır ksenofobiyaya məruz qalırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   ABŞ  


Bizi "telegram"da izləyin