Türkiyənin F-35 almasına ən böyük maneə CAATSA deyil

2025/05/1748336279.jpg
Oxunub: 490     15:56     28 May 2025    
Türkiyə ilə ABŞ arasında uzun müddətdir davam edən F-35 böhranında sanksiyaların xaricində daha fundamental hüquqi maneə var.

Ordu.az xəbər verir ki, bu barədə “Ekathmerini” nəşrində yayımlanan analizdə bildirilib.

ABŞ-də yerləşən “Ekathimerini” nəşrində dərc edilən təhlil Türkiyənin Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sisteminə malik olması səbəbiylə 2020-ci il Milli Müdafiə Səlahiyyət Qanunu (NDAA) çərçivəsində Konqres tərəfindən F-35 proqramından kənarlaşdırılmasının köklü bir məsələ olduğunu və yalnız CAATSA sanksiyaları ilə izah edilə bilməyəcəyini ortaya qoyur.

Təhlillərə görə, prezident Donald Tramp CAATSA sanksiyalarını ləğv etmək və silah satışını canlandırmaq istəsə də, mövcud NDAA müddəaları prezidentə F-35 tədarüklərini birtərəfli qaydada buraxmağa imkan vermir.

NDAA-nın 1245-ci maddəsi Türkiyənin S-400-lərə sahib olduğu müddətcə, F-35 tədarükü, əqli mülkiyyət mübadiləsi və texniki dəstəyi qəti şəkildə qadağan edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   F-35  


Bizi "telegram"da izləyin