“Gabya” sinfinə məxsus freqatlara ATMACA gəmi əleyhinə raketləri gəlir

2025/05/1748335560.jpg
Oxunub: 442     14:55     28 May 2025    
Türkiyə Hərbi Dəniz Qüvvələrinin onurğa sütununu təşkil edən “Gabya” sinfinə məxsus freqatlar yerli istehsal olan ATMACA gəmi əleyhinə raketləri ilə təchiz edilir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

STM şirkətinin döyüş sistemləri meneceri Enver Küçükermanın 12-ci Dəniz Sistemləri Seminarında verdiyi açıqlamaya görə, 2027-ci ilin birinci rübünə qədər 4 “Gabya” sinfinə məxsus freqatla yanaşı, 3 “Ada” sinfinə məxsus korvet və modernləşdirmədə olan “Barbaros” sinfinə məxsus freqatlar “Atmaca” raket sistemləri ilə təchiz ediləcək.

“ATMACA ilə təchiz edilmiş platformalar nəinki çəkindirmə qabiliyyətimizi artıracaq, həm də mövcud gəmi parkımızın xidmət müddətini artıracaq”, - deyə Küçükerman qeyd edib.

Təxminlərə görə, bu modernləşdirmə “Gabya” sinfinə məxsus freqatların ən azı daha 10 il ərzində aktiv xidmətdə qalması deməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATMACA   Gabya  


Bizi "telegram"da izləyin