YAVUZ ən son modelləri ilə “Prohunt 2025”də

2025/05/1748334811.jpg
Oxunub: 422     14:51     28 May 2025    
Türkiyənin qabaqcıl silah istehsalçılarından olan GİRSAN-ın yerli markası YAVUZ FIREARMS 2025-ci il mayın 28-31-də İstanbul Sərgi Mərkəzində keçirilən 12-ci Beynəlxalq İstanbul Ovçuluq, Silah və Təbiət İdmanları Sərgisində iştirak edir.

Ordu.az xəbər verir ki, ovçuluq, atıcılıq və təbiət idmanları sahəsində Avropanın ən əhəmiyyətli tədbirlərindən biri hesab edilən “Prohunt” bu il də bir çox yerli və xarici brendi peşəkar ziyarətçilərlə görüşdürür.

YAVUZ sərgidə son zamanlar beynəlxalq diqqəti cəlb edən geniş çeşiddə məhsul və modellərini nümayiş etdirir.

Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan ilk yerli tapança modeli ilə tanınan YAVUZ tamamilə yerli istehsaldır. Alüminium və polimer gövdə variantları, eləcə də müxtəlif lülə uzunluqları ilə dizayn edilmiş tapançalar həm fərdi istifadəçilərin, həm də hüquq-mühafizə orqanlarının əməkdaşlarının ehtiyaclarını ödəyir.

Bu gün şirkət 60-dan çox ölkəyə ixrac həyata keçirir və istehsalının böyük hissəsini xaricə yönəldir. Markanın MC P35 (YAVUZ-16) modeli bu yaxınlarda rəsmi istifadə üçün ABŞ Xüsusi Təyinatlı Qüvvələri tərəfindən seçilib. Eyni model əvvəllər ABŞ Milli Tüfəng Assosiasiyası tərəfindən “İlin tapançası” seçilib və “American Rifleman” jurnalının üz qabığında nümayiş etdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YAVUZ   Prohunt-2025   Türkiyə  


Bizi "telegram"da izləyin