İsrail Ordusuna Suriya Silahlı Qüvvələrinə zərbələr endirməklə bağlı göstəriş verilib

2025/04/1746025615.jpg
Oxunub: 589     18:20     30 Aprel 2025    
İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir Suriyada druzlara qarşı zorakılığın davam edəcəyi təqdirdə bu ölkənin Silahlı Qüvvələrinə məxsus mövqelərə zərbələrlə bağlı göstəriş verib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “X” hesabında paylaşım olunub.

Qeyd edək ki, bu gün İsrail hərbi aviasiyası Dəməşq ətrafınd cəmləşən silahlıların mövqeyinə qarşı hava reydi keçirib.

Bildirilib ki, druzların müdafiəsini təşkil etməyə hazır olan ordu regiondakı vəziyyəti diqqətlə izləyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin