Ordu.az xəbər verir ki, respublikaçı liderlər tərəfindən təklif edilən qanun layihəsində müdafiəyə əlavə 150 milyard dollar investisiyanın 7,2 milyard dolları taktiki hava qüvvələrinə, xüsusən də bu iki təyyarə növünə ayrılacaq.
Bu qanun layihəsi hələ də demokratların Nümayəndələr Palatasının Büdcə Komitəsində ona düzəliş etmək şansı əldə edə biləcəyi mərhələdədir. Bununla belə, “uzlaşma” üsulu ilə davam edən prosesin məqsədi Senatda mümkün əngəlləmələri (filibuster) aradan qaldırmaqdır.
F-15EX ümumilikdə 7,2 milyard dollarlıq fondun ən böyük hissəsini alır. Proqramın istehsal gücünün artırılması üçün 3,1 milyard dollar əlavə büdcə ayrılıb. Hərbi Hava Qüvvələri ötən il tam istehsal təsdiqini alan 98 F-15EX üçün satınalma planını açıqlayıb. Bu məbləğ beş əməliyyat eskadrilyası (hər biri 18 təyyarə) və təlim/sınaq missiyaları üçün yetərli hesab olunur.
Daha öncə 144 təyyarə ilə məhdudlaşdırılması planlaşdırılan proqramda bu yeni fondun 98 ədəddən çox təyyarə üçün istifadə ediləcəyi, yoxsa mövcud istehsal sürətini artırmağa yönəldiyi hələ aydın deyil.
F-15EX-in vahid dəyəri 90 milyon dollardan 95 milyon dollara qədərdir. Hamısı yeni təyyarələrin alınmasına ayrılsa, 32-34 reaktiv təyyarə alına bilər. Bununla belə, əlavə personal və infrastruktur xərcləri üçün müxtəlif resurslar tələb oluna bilər.
Sevinc Əliyeva
Ordu.az