Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
"Hazırda nəzərdən keçirilən İslamabad memorandumu müharibənin dayandırılmasına yönəlib və bu mərhələdə nüvə məsələsini müzakirə etməmək qərara alınıb", - o əlavə edib.
Bəqainin sözlərinə görə, memorandumun imzalanmasının dəqiq vaxtı məlum deyil: "Hərçənd bu, sabah olmayacaq, imzalanmanın yaxın günlərdə baş verməsi ehtimalı istisna edilmir. Bununla belə, qarşı tərəfin qeyri-sabitliyi səbəbindən bu proseslə bağlı istənilən bəyanatlarda ehtiyatlı olmaq lazımdır".
Ordu.az