DSX: İrandan PUA vasitəsilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

2026/06/1781359303.jpg
Oxunub: 215     17:10     13 İyun 2026    
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 500 qram narkotik vasitə marixuananın pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Ordu.az-a DSX-dən məlumat verilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   İran   PUA   Azərbaycan  


Bizi "telegram"da izləyin