Avstraliya "Abrams" tanklarının Ukraynaya daşınmasını dayandırıb

2025/04/1746004852.jpg
Oxunub: 590     15:20     30 Aprel 2025    
Avstraliya ordusunun Ukraynaya hədiyyə edəcəyini vəd etdiyi istismardan çıxarılan "M1A1 Abrams" tankları hələ də ölkə ərazisini tərk etməyib.

Ordu.az xəbər verir ki, bu barədə "Defence Blog" məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, daşımaların gecikməsinin əsas səbəbi ABŞ-dən tələb olunan ixrac icazələrinin hələ də alınmamasıdır.

Tanklar Avstraliya hökumətinin 2024-cü il üçün elan etdiyi 245 milyon dollarlıq hərbi yardım paketinin bir hissəsidir. Bununla belə, ABŞ istehsalı olan müdafiə avadanlıqlarının üçüncü ölkəyə ötürülməsi üçün Vaşinqtondan rəsmi icazə tələb olunur. Bu təsdiq prosesi çatdırılmanın 6 aydan çox gecikməsi ilə nəticələnib.

Avstraliya Yayım Korporasiyasına (ABC) mənbələrin verdiyi məlumata görə, gecikmənin digər səbəbi ABŞ prezidenti Donald Tramp tərəfindən ötən ay Ukraynaya həyata keçirilən müvəqqəti yardımın dondurulmasıdır.

"Abrams" tankları Rusiyanın müdaxiləsinə qarşı Ukraynaya daha geniş Avstraliya dəstəyinin bir hissəsi kimi elan edilib, lakin plan indi qeyri-müəyyəndir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Ukrayna  


Bizi "telegram"da izləyin