Peskov: "Rusiya və ABŞ Ukrayna nizamlanması üzrə gərgin iş aparır"

2024/07/thumb-1721842996.jpg
Oxunub: 361     13:01     30 Aprel 2025    
Rusiya və ABŞ Ukrayna nizamlanması üzrə gərgin iş aparır.

Ordu.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu adıçəkilən ölkənin Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiya və ABŞ Ukrayna üzrə çox gərgin iş aparır. Biz başa düşürük ki, Vaşinqton Ukrayna nizamlanması üzrə sürətli irəliləyiş istəyir, lakin bu proses belə bir nəticə üçün həddindən artıq mürəkkəbdir", - o qeyd edib.

D.Peskov həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin atəşkəsi dəstəkləyir, lakin əvvəlcə bir sıra məsələləri həll etmək lazımdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Rusiya   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin