Xarkova kütləvi dron hücumu nəticəsində yaralananların sayı 45 nəfərə çatıb

2023/12/xarko-1703836929.jpg
Oxunub: 424     12:42     30 Aprel 2025    
Rusiya Silahlı Qüvvələrinin Xarkova kütləvi hücumu nəticəsində yaralananların sayı 45 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən məlumat yayıb.

"Yaralananlara yardım göstərmək üçün 13 təcili tibbi yardım briqadası cəlb edilib", - o bildirib.

Fövqəladə Hallar Dövlət Xidməti dronlarla hücumun geniş miqyaslı yanğınlara və dağıntılara səbəb olduğunu bildirib. Xüsusilə, yaşayış evləri, qarajlar və infrastruktur obyektləri dağıdılıb, həmçinin avtomobillər zədələnib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xarkov   Ukrayna  


Bizi "telegram"da izləyin