Hindistan mediası: Çin Pakistana 100 qabaqcıl raket göndərib

2025/04/1745918110.jpg
Oxunub: 670     13:45     30 Aprel 2025    
Kəşmir bölgəsində gərginliyi artıran son Pahalqam hücumundan sonra Hindistan mediası Çinin Pakistana 100 qabaqcıl raket verməklə, müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Uzun mənzilli və qabaqcıl olduğu bildirilən raketlərin Pakistanın hərbi hazırlıqlarını gücləndirdiyi bildirilir.

Raketlərin təfərrüatları məlum olmasa da, çatdırılma Çin tərəfindən qeyri-sabitlik dövründə Pakistanın müdafiə mövqeyini gücləndirmək üçün böyük strateji addım kimi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Çin   Pakistan  


Bizi "telegram"da izləyin