Ordu.az xəbər verir ki, hazırlanan peykin “Synthetic Aperture Radar” (SAR) texnologiyası əsasında radar kəşfiyyatı üçün istifadə ediləcəyi və Avropadakı müştərilərin istifadəsinə veriləcəyi gözlənilir.
Layihənin iş yükü elə qurulacaq ki, ABŞ-nin “Umbra” şirkəti peyklərin yerləşdirilməsi üçün xüsusi olaraq hazırlanmış radar kəşfiyyat sistemlərinin işlənib hazırlanması məsuliyyətini öz üzərinə götürəcək. “Reflex Aerospace” peykin istehsalına və ABŞ sistemlərinin peykə inteqrasiyasına cavabdeh olacaq.
Şirkətin məlumatına görə, kəşfiyyat peyklərinə qlobal tələbatın əhəmiyyətli dərəcədə artması ilə əlaqədar onlar ilk kəşfiyyat peykini 2027-ci ildə orbitə çıxarmağı planlaşdırırlar.
Məlumata görə, hər iki şirkət NATO-nun şərq cinahını izləmək məqsədilə Avropa ölkələrini etibarlı alətlə təmin etmək üçün sıx əməkdaşlıq edəcək.
Sevinc Əliyeva
Ordu.az