Ordu.az xəbər verir ki, lakin bütün səylərə baxmayaraq, dənizçini tapmaq mümkün olmayıb və axtarışlar dayandırılıb.
Aprelin 23-dən 24-nə keçən gecə “Charles de Gaulle” aviadaşıyıcı gəmisinin dənizçisinin “Forbin” freqatında müvəqqəti xidmət edərkən, Tulon sahillərində dənizdə itkin düşdüyü bildirilir.
Hadisədən sonra Fransanın aviadaşıyıcı gəmi qrupuna (GAN) aid gəmilər, helikopterlər və qurudan yönləndirilən hava platformaları hərtərəfli axtarışa başlayıb. Lakin saatlarla axtarışlara baxmayaraq, itkin düşən dənizçini tapmaq mümkün olmayıb və gün batarkən iş dayandırılıb.
Fransa aviadaşıyıcı qrupunun 5 ay əvvəl başlayan “Clemenceau 25” missiyası çərçivəsində Sakit okeanın qərbinə doğru irəlilədiyi bildirilib. Təxminən 3000 hərbi qulluqçunun iştirak etdiyi yerləşdirmə bir dəniz piyadasının itməsi ilə başa çatıb.
Sevinc Əliyeva
Ordu.az