Vaşinqton birtərəfli qaydada Pekinə tətbiq edilən tarifləri azaltmaq niyyətində deyil

2025/04/1745470502.jpg
Oxunub: 735     23:47     23 Aprel 2025    
“ABŞ Çindən gələn məhsulların gömrük rüsumlarını birtərəfli qaydada azaltmaq niyyətində deyil”.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt “Fox News” telekanalına müsahibəsində bildirib.

“Mən açıq şəkildə bildirmək istəyirəm ki, Çin üçün tariflərin birtərəfli şəkildə azaldılması olmayacaq. Prezident (ABŞ prezidenti Donald Tramp) açıq şəkildə bildirib ki, Çin Birləşmiş Ştatlarla müqavilə bağlamalıdır və biz bunun baş verəcəyinə son dərəcə nikbinik. Çin üçün tariflərin nə olacağına qərar vermək prezidentdən asılıdır, lakin biz mütləq Çindən gələn rüsumların və tarif maneələrinin azaldılmasını görməliyik”, - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin