Kreml: Zelenskinin istefası Rusiyanın Ukrayna ilə bağlı tələbləri arasında yoxdur

2024/07/thumb-1721842996.jpg
Oxunub: 647     21:36     23 Aprel 2025    
“Putin və Trampı birləşdirən odur ki, hər ikisi dialoqdan imtina etməyin absurdluğunu başa düşürlər.”

Ordu.az xəbər verir ki, bunu kremlin sözçüsü Dmitri Peskov “Le Point”ə müsahibəsində deyib.

O vurğulayıb ki, Putin ilə Tramp arasında mövqelərinin yaxın olduğu sahələr var, lakin bu, onların hər şeydə yaxın olması demək deyil.

"Onları ən çətin məsələləri müzakirə yolu ilə həll etmək istəyi birləşdirir. Bayden administrasiyasında məhz bu çatışmırdı", - Peskov qeyd edib.

Kreml sözçüsü onu da əlavə edib ki, Zelenskinin istefası Rusiyanın Ukrayna ilə bağlı tələbləri arasında yoxdur: "Lakin onun qeyri-legitimliyinə görə Ukraynanın imzaladığı istənilən sənədə etiraz edilə bilər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Kreml  


Bizi "telegram"da izləyin