İraq XİN başçısı: "İranla ABŞ arasında birbaşa olmayan görüşləri dəstəkləyirik"

2025/01/1737649875.jpg
Oxunub: 537     18:40     23 Aprel 2025    
İraq İranla ABŞ arasında birbaşa olmayan danışıqları dəstəkləyir.

Ordu.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn bildirib.

O deyib ki, rəsmi Bağdad bölgədə müharibə təhlükəsinin qarşısını almaq məqsədi daşıyan İran-ABŞ danışıqlarını alqışlayır.

Nazir danışıqlara alternativin olmadığını da vurğulayıb.

Qeyd edək ki, aprelin 26-da Omanda ABŞ ilə İran arasında birbaşa olmayan görüşün növbəti, üçüncü mərhələsi keçiriləcək. Bundan əvvəlki görüşlər aprelin 12 və 19-da Oman və İtaliyada baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İran   ABŞ  


Bizi "telegram"da izləyin