Lavrov Özbəkistana səfər edib

2025/04/1744464737.jpg
Oxunub: 601     22:41     22 Aprel 2025    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana rəsmi səfərə yola düşüb.

Ordu.az xəbər verir ki, Lavrovun təyyarəsi Səmərqənd hava limanına enib.

Səfər çərçivəsində Rusiya XİN başçısının Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xarici işlər naziri Baxtiyar Saidovla görüşü nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli münasibətlərin, Avrasiya inteqrasiyası məsələlərinin və faşizm üzərində Qələbənin 80 illiyinin qeyd olunmasına hazırlıqların müzakirə olunacağı planlaşdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Özbəkistan  


Bizi "telegram"da izləyin